"Bilik Karvanı" aksiyasına start verilib | FOTOLAR

"Bilik Karvanı" aksiyasına start verilib |    FOTOLAR
  05 Avqust 2025    Oxunub:541
“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində “Bilik Karvanı” aksiyası başlayıb.
AzVision.az xəbər verir ki, “ASAN Könüllüləri” Təşkilatının və “BRAVO” marketlər şəbəkəsinin birgə əməkdaşlığı ilə 15 Sentyabr - Bilik Gününə həsr olunan “Bilik Karvanı” aksiyası çərçivəsində vətəndaşların dəstəyi ilə 6-14 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzuları gerçəkləşdiriləcək.

21 avqust tarixinədək davam edəcək aksiyada vətəndaşlar “BRAVO” marketlər şəbəkəsinin “20 Yanvar” və “Koroğlu” filiallarında qurulmuş xüsusi guşələrə yaxınlaşmaqla məktublarla tanış ola və öhdəliyə götürə bilərlər.

“Bilik Karvanı” layihəsi boyunca Azərbaycanın bir çox bölgəsində 300-dən çox uşağa məktəb çantası, ləvazimatları, kitablar və digər hədiyyələr təqdim olunacaq.

Xatırladaq ki, “ASAN Məktub” sosial proqramı çərçivəsində indiyədək 10000-dən çox uşağın arzusu reallaşdırılıb.

AzVision.az

Qalereya




Teqlər: ASAN  



Xəbər lenti